Naxçıvanda faciə: DTX rəisinin qardaşı ,ailəsi və polkovnik qəzada həlak oldu
Dünən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu ərazisində dəhşətli yol qəzası baş verib.
Siam.az bizimyol.info-ya istinadən xəbər verir ki, ötən gecə saat 22:00 radələrində Kəngərli rayonunda (Qıvraq düzü deyilən ərazidə) Nuran Ələkbərova məxsus “Mersedes” markalı 68-BC-222 dövlət nömrə nişanlı avtomobillə, N saylı hərbi hissənin yüksək rütbəli zabitinin idarə etdiyi nömrəsi hələ ki, bəlli olmayan minik avtomobilləri toqquşub.
Nəticədə “Mersedes” markalı avtomobildə olan Naxçıvan DİN-nin əməkdaşı Nuran Ələkbərov, onun həyat yoldaşı və azyaşlı uşağı hadisə yerində həlak olub. Digər avtomobildə olan N saylı hərbi hissənin nizami hissə rəisi, polkovnik Minemət Eminov da hadisə yerində vəfat edib. Dərhal hadisə yerinə yüksək rütbəli məmurlar, hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “Mersedes” markalı avtomobili idarə edən Nuran Ələkbərov Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Fazil Ələkbərovun qardaşı oğludur.