Könül özünü evin tavanından asdı - Biləsuvarda
Biləsuvarda intihar hadisəsi baş verib.Unikal.org-un verdiyi məlumata görə, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.
Kənd sakini, 1994-c il təvəllüdlü Könül Sakit qızı Abbasova özünü yaşadığı evinin tavanından asaraq intihar edib.
İntiharın səbəbləri hələ ki, məlum deyil.
Faktla bağlı Biləsuvar Prokurorluğunda araşdırma aparılır.
Tarix: 17-05-2017, 23:01