Bakı-Qazax yolunda dəhşətli qəza – 5 nəfər ölüb + ADLAR (Yenilənib)
Hacıqabulda baş verən yol qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşdirilib.
“Report”un Aran bürosu xəbər verir ki, bunlar 1998-ci il təvəllüdlü Əmiraslanlı Əmiraslan Müşfiq oğlu, 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu və 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğludur.
Ölənlərin Maliyyə-İqtisad Kollecinin tələbələri olduğu bildirilr.***
Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Baklı-Qazax magistralının 112-ci kilometrliyində qeydə alınıb.
“Hyundai” markalı, 99 LD 773 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində beş nəfərin öldüyü bildirilir.


Tarix: 20-05-2017, 20:56