Bakıda polis maşını "Porşe" ilə toqquşdu, polis öldü - video
Bu gün Bakıda ağır yol qəzası baş verib. Saat 10 radələrində Səbail rayonu Bibiheybət yolunda "Porsche Cayenne" markalı avtomobil "Fiat Doblo" markalı polisin post patrul avtomobilinə çırpılıb. Nəticədə 3 nəfər ağır xəsarət alıb. Yaralılar Kliniki Mərkəzə aparılıb. Onlardan biri xəstəxanada vəfat edib.
Bildirilir ki, ölən şəxs polis əməkdaşıdır.
Hadisə yerindən çməkilmiş bəzi fotoları təqdim edirik.
Lent.az
Tarix: 30-05-2017, 15:32