Bakıda 27 yaşlı oğlan özünü asıb
Bakıda intihar hadisəsi olub.
Trend-in məlumatına görə, hadisə mayın 31-də paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Qafarov Nahid Həsənağa oğlu yaşadığı Buzovna qəsəbəsi, Eyvazov küçəsi 9 saylı evdə özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.
Tarix: 1-06-2017, 11:45