Bakıda qardaş bacısını qəbiristanlığa apararaq bıçaqlayıb
Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Siam.az “Report”a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Hüseynova Elnurə Məhəmməd qızı qardaşı tərəfindən Binəqədi qəsəbəsində yerləşən qəbiristanlığa aparılaraq bıçaqlanıb.
O, qarın və kürək nahiyələrindən 6 bıçaq zərbəsi alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Siam.az
Tarix: 10-06-2017, 08:51