Şəmkirdə 25 yaşlı qadın qarnının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib
Şəmkir rayon sakini ağacdan yıxılaraq ağır xəsarət alıb."Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Cinarlı qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1992-ci il təvəllüdlü İlahə Musa qızı Nəbiyeva qarnın kəsilmiş-deşilmiş yarası ilə Şəmkir Rayon Mərkısi Xəstəxanasına yerləşdirilib.
Həkimlər tərəfindən əməliyyata alınan qadının vəziyyətinin orta-ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə, İ.Nəbiyeva həyətlərindəki ağacdan yıxılıb.
Faktla bağlı isə Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Tarix: 11-06-2017, 00:31