Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb.
"Report"un məlumatına görə, mərasimin 105 iştirakçısı xəstəxanaya çatdırılıb.
Zərərçəkənlərə tibbi yardım göstərilir, onların əksəriyyətinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.
Faktla bağlı araşdırma davam etdirilir.
Tarix: 11-08-2024, 22:16