Daha bir hərbi komissar saxlanıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Əliyev saxlanılıb.
Siam-az.com-un məlumatına görə, S.Əliyev külli miqdarda rüşvət almaqda təqsirləndirilir.
İş üzrə Respublika Hərbi Prokurorluğunda istintaq aparılır.
Qeyd edək ki, yaxın müddətdə bir neçə indiki və sabiq hərbi komissar həbs edilib.(Qafqazinfo)
Tarix: 11-10-2024, 21:04