İnfilyasiyanın artıması nə ilə bağlıdır? - AÇIQLAMA

İnfilyasiyanın artıması nə ilə bağlıdır?
Gələn ilin oktyabr ayında Azərbaycanda 5,8% həddində inflyasiya gözlənilir. Bu barədə məlumat Mərkəzi Bankın "Pul siyasəti icmalı"nda yer alıb.
Bildirilib ki, bu ilin oktyabr ayı üçün inflyasiya proqnozu 5,1% təşkil edib. Bu isə o deməkdir ki, gələn ilin inflyasiya proqnozu bu ilkindən 0,7 faiz bəndi çox olacaq.


Bəs bu infilyasiya nə ilə bağlıdır?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Sonxeber.az – a açıqlama verib:

"Hazırda bütün dünyada inflyasiya davam edir. Ölkəmiz də bu prosesdən kənarda deyil. Ona görə də növbəti ildə ölkəmizdə inflyasiyanın 0,7 faiz artması təəccüblü deyil.
Dövlət Statistika Komitəsi 500-dən çox məhsulun istehlak qiymətlərini hər ay izləyir. İnfilyasiya da bunun əsasında müəyyənləşir. Həmin məhsulların qiymətləri götürülür və ortaq rəqəm hesablanır. Bura həm ərzaq məhsulları, həm xidmətlər, həm də qeyri-ərzaq məhsulları daxildir. Yəni gələn il ölkədə qiymətlər ortamala 5,8 faiz artacaq".
Tarix: 6-12-2024, 22:19
Xəbəri paylaş





Xəbər lenti