Bakı Baş Səhiyyə Mərkəzi 1 milyonluq avadanlıq alır - İşləri "tender kralı" həyata keçirəcək


"Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsi tibbi avadanlıq alır.
 
Pravda.az-ın xəbərinə görə, Mərkəz bu məqsədlə 1 062 000 AZN xərcləyəcək.
 
Publik hüquqi şəxsin "Arash Medical Company" MMC ilə bağlayacağı müqaviləyə əsasən, 8 ədəd USM cihazı, 3 ədəd EXO cihazı, 5 ədəd EEQ cihazı, 3 ədəd Lor kombayn (endoskop və kreslo ilə), 30 ədəd ftalmoskop, 4 ədəd refraktometr (masa ilə birlikdə) alınmalıdır.
 
Qeyd: "Arash Medical Company" tibb istiqamət üzrə keçirilən tenderlərin bir çoxunun qalibi olub. 
Tarix: 23-12-2024, 11:21
Xəbəri paylaş





Xəbər lenti