Məşhur şirkətin Azərbaycan nümayəndəliyinə protokol tərtib olunub

"Schlumberger Logelko INC." şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.Bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
İş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədova icraatındadır. \\Valyuta.az
Tarix: 28-12-2024, 22:27