NDU-nun "Cambridge School" beynəlxalq məktəbinin tədris binasında təmir işlərinə 1.3 milyon xərclənəcək
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Universitetinin "Cambridge School" beynəlxalq məktəbinin tədris binasında təmir işlərinə 1 294 578 AZN xərclənəcək. Pravda.az-ın xəbərinə görə, universitet bu məqsədlə "Construction Business Group" MMC ilə müqavilə bağlamağı planlaşdırır.
Görüləcək işlərə havalandırma xətlərinin çəkilməsi üçün dəhlizlərdə tavanlardan alçıpanın sökülməsi, divarlarda havalandırma dəliklərinin açılması, tavanlara alçıpan vurulması, dəhliz divarlarının astar+üzlük çəkilməklə 2 dəfə boyanması, otaqlarda divarların 2 dəfə boyanması, tavanda alçipan üzərindən astar+üzlük çəkilməklə 2 dəfə boyanması daxildir.
Tarix: 29-12-2024, 10:15