Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Qida Təhlükəsizliyi Agentliyi “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi xidmətinin satın alınması” tenderinin nəticələrini elan edib.FED.az xəbər verir ki, tenderin qalibi “Faktor Qrup-S-1” QSC (VÖEN : 1604133621) olub.
Qalib şirkətlə 1 238 040 manat məbləğində müqavilə imzalanıb.
Tarix: 11-01-2025, 21:49