TƏBİB-in 1,6 milyonluq müqavilə bağladığı sahibkarlar kimdir?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) fərdi sahibkarlar Liftiyev Fərid Firudin oğlu və smixanlı Rüfət Sərdar oğlu ilə satınalma müqaviləsi bağlayıb. Qaynarinfo-nun məlumatına görə, müqavilədə qeyri-yaşayış sahəsinin icarəyə götürülməsinin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 1 650 000 manatdır.
TƏBİB-in qeyri-yaşayış sahələrinin hansı məqsədlə icarə götürməsi haqqında heç bir məlumat yoxdur.
Tarix: 13-01-2025, 20:51