“m10”nun yeni tariflər tətbiq etməsi tənqid edildi


“m10” elektron pulqabının yeni tariflər tətbiq etməsi müzakirələrə səbəb olub.
 
Pravda.az xəbər verir ki, “m10”da mart ayından bəzi əməliyyatlar üzrə yeni tariflər tətbiq ediləcək.
 
Belə ki, digər “m10” hesabına köçürülmələr aylıq 5000 manata qədər komissiyasız olacaq, limiti keçdikdən sonra isə 0,5% komissiya haqqı tutulacaq. “m10” hesabından karta köçürülmə zamanı aylıq 5000 manata qədər komissiyasız olacaq, limiti keçdikdən sonra isə 0,5% komissiya haqqı tutulacaq. QR nağdlaşdırmada isə müştərilərdən 1%, yəni minimum 1 manat komissiya haqqı tutulacaq.
 
Yeni tariflər sosial şəbəkələrdə müzakirəsiz ötüşməyib, bu addım tənqid edilib.
Tarix: Dünən, 22:13
Xəbəri paylaş





Xəbər lenti