AMİU 8 minlik sabun və zibil qabı, “kubik rubik” almaq istəyib: tenderləri ləğv olunub

AMİU 8 minlik sabun və zibil qabı, “kubik rubik” almaq istəyib: tenderləri ləğv olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin iki tenderi bir gündə ləğv olunub. Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.
Bildirilir ki, həmin tenderlərdən biri maşın və avadanlıqların satın alınması ilə bağlı olub. 48 min manatlıq müsabiqənin ləğvinə səbəb isə qatılanların sayının 3-dən az olması olub. Bu da “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinin pozulması kimi tanınır.
Univeristetin keçirdiyi ikinci tender isə təsərrüfat mallarının alınmasından ibarət olub. 8000 manat dəyərində olan bu müsabiqəyə əsasən AMİU bir sıra məhsullar almaq fikrində olub. Məsələn, siyahıda sensor əl yuyanlar, tələbə və heyət üçün koridorlarda su dispenserləri, hərəkət sensorlu plafonlar, velosiped üçün parkinq yeri, zibil qabılar və “kubik rubik” alacaqları göstərilib.

Xatırladaq ki, AMİU-nun rektoru Gülçöhrə Hüseyn qızı Məmmədovadır.
Tarix: Bu gün, 13:23
Xəbəri paylaş





Xəbər lenti