Həsən Ömərovun rəhbərlik etdiyi qurumun 1.2 milyonluq tenderinə "stop" qoyuldu
“Aztelekom” MMC-nin müxtəlif güclü transformatorlara iki illik texniki baxış və təmir xidməti ilə bağlı elan etdiyi tender ləğv edilib. Pravda.az-ın xəbərinə görə, bu barədə qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Ləğvedilmənin səbəbi açıqlanmayıb.
Tenderin ümumi dəyəri 1 242 845 AZN olub.
Qeyd: MMC-nin baş direktoru Həsən Ömərovdur.
Tarix: Bu gün, 10:32