Azərbaycan Dövlət Dəniz Akademiyasının 400 minlik tenderi ləğv edildi
Azərbaycan Dövlət Dəniz Akademiyasının 403 minlik tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, müsabiqə iaşə xidmətinin satın alınması məqsədi ilə keçirilibmiş. Belə ki, Akademiya 69 min nəfər üçün nəzərdə tutulan nahar yeməyi almaq fikrində olub. Buraya 230-250 qr-lıq şorba, mal və ya toyuq ətindən olan isti yemək, 300 qramlıq qarnir, 250 ml-lik içki, çörək, ketçup, duz, istiot və kağız dəsmal daxildir. Lakin Anti İnhisar vvə İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mövcud qanunverciliyin 36.1.1-ci maddəsinin tələblərinin pozulması səbəbindən tenderi məqbul saymayıb.