Səhiyyə Nazirliyi laboratoriya cihazlarının ehtiyat hissələrinin alınmasına bu qədər vəsait sərf edəcək – Qalib yenə də keçmiş nazir müavininə bağlı olduğu bildirilən şirkətdir

Səhiyyə Nazirliyinin tabeliyindəki “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsin laboratoriya cihazlarının ehtiyat hissələrinin alınmasına sərf edəcəyi vəsaitin həcmi açıqlanıb. Pravda.az-ın xəbərinə görə, bu məbləğ 197 166 AZN-dir.
Publik hüquqi şəxs “SEM-Az” MMC ilə müqavilə bağlayıb.
Mətbuatdakı yazılara əsasən, "SEM-AZ” MMC "Arash Medical” MMC-yə yaxın şirkət hesab edilir. Səhiyyə Nazirliyinin keçirdiyi tenderlərdə "SEM-AZ” MMC-nin qalib seçilməsi "Arash Medical”a yaxınlığı ilə bağlıdır. "Arash Medical” MMC-nin bəzi mənbələrdə səhiyyə nazirinin keçmiş müavini Elsevər Ağayevə bağlılığı qeyd edilir.
Tarix: 10-04-2025, 14:57