Elmin Zamanovun rəhbəri olduğu qurumun 4 milyon vergi borcu var
Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin külli miqdarda vergi borcu var. Tribunainfo.az Qaynarinfo-ya istinadən verdiyi məlumata görə, qurumun vergi borcu hazırda 4 757 313,5 manatdır. Binəqədi rayon MKTB Bakı Mənzil Kommunal Təsərrüfatı Departamentinin tabeliyində fəaliyyət göstərir. MKTB-nin rəhbəri Elmin Zamanovdur. Mediada Elmin Zamanovun fəaliyyəti ilə bağlı tənqidi materialların sayı hesabı yoxdur.