Anar Rzayevin rəhbərliyi altında AYNA bu xanımın şirkətinə 1.4 milyon manat köçürüb
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" Publik Hüquqi Şəxsi iki tender müqaviləsi imzalayıb.32gun.az xəbər verir ki, hər iki müqavilənin qalibi "ArchiCO Project" MMC-dir.
Birinci müqavilə Xankəndi şəhərində tikintisi nəzərdə tutulan kanat xəttinin layihələndirilməsi xidmətinin satın alınmasını əhatə edir və məbləği 1.209.500 AZN təşkil edir.
İkinci müqavilə isə Balakən şəhərində tikintisi planlaşdırılan kanat xəttinin layihələndirilməsi xidmətinə aiddir. Bu müqavilənin məbləği 267.860 AZN-dir. Qalib şirkətin qanuni təmsilçisi Zəminə Musayeva Ağasalam qızıdır. Şirkətin nizamnamə kapitalı isə cəmi 10 AZN-dir.
Hər iki satınalma "AZƏRBAYCAN YERÜSTÜ NƏQLİYYAT AGENTLİYİ"nin layihələri üçün həyata keçirilir və xidmətlər eyni şirkətdən alınır.
Xatırladaq ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevdir.
Tarix: 6-07-2025, 17:14