Dollar bu gün neçəyədir? - rəsmi valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 6-sı ilə müqayisədə dəyişməyərək 1,7742 manat təşkil edib. Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,51% zəifləyərək 1,8677 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,33% ucuzlaşaraq 0,0298 manat səviyyəsində qərarlaşıb.
Türkiyə lirəsinin məzənnəsi 1,1% zəifləyərək 0,4863 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1701 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 1,2%-lik azalma baş verib.
Gürcüstan larisinin məzənnəsi də 0,17% möhkəmlənərək 0,6458 manat olub.
Tarix: 9-01-2017, 09:56