Bahalaşmanı böyüdən və böhranı dərinləşdirən əlavə mexanizmlər işə düşüb…

Bahalaşmanı böyüdən və böhranı dərinləşdirən əlavə mexanizmlər işə düşüb… “Sənaye müəssisələrinin anbarlarında yarım milyard manatdan çox mal yığılıb qalıb. Satılmayıb. Ona görə ki, alıcısı yoxdur. Odur ki, bu müəssisələrin anbarlarında mal qalığı, cari ilin fevral ayının əvvəlinə olan məlumata görə 75% artıb (əvvəlki ilin eyni dövrü ilə müqayisədə)”.

Bunu iqtisadçı ekspet, AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev qeyd edib. İqtisadçı bildirir ki, son illərdə belə hal müşahidə olunmayıb. “Satışında problem yaranan mallar, əsasən qeyri-ərzaq mallarıdır. Belə vəziyyət bu sahədə böhranın daha da dərinləşə biləcəyinin növbəti əlaməti kimi dəyərləndirilməlidir. Mallarını sata bilməyən istehsalçılar istehsalın həcmini azaltmağa məcburdurlar. Belə məcburiyyət isə cari xərclərin və öhdəliklərin icrasında problemləri daha da böyüdə bilər. Prosesin qarşısının təcili şəkildə alınması zərurəti yaranıb. Satış yoluna düzülmüş əngəllərin aradan qaldırılması bu sahədə müəyyən canlanma yarada bilər”, – deyə N.Əliyev düşünür.

İqtisadçı qeyd edir ki, fevralın əvvəlinə olan vəziyyətə görə, qida mallarının və bir sıra içki məhsullarının anbar ehtiyatları xeyli dərəcədə azalıb. Bu malların istehsalçıları yaranmış belə bir şəraitdə qiymətləri daha da artırmağa həvəsli olacaqlar. Odur ki, yerli stehsalı boğan, investisiyaları qaçaq salan halların əməli şəkildə aradan qaldırılması hava-su qədər əhəmiyyətlidir.

N.Əliyev bu qənaətə gəlib ki, ərzaq mallarının bahalaşma, qeyri-ərzaq mallarının isə istehsal həcminin azalma riski xeyli dərəcədə böyüyüb. Hər iki hal əhalinin sosial vəziyyətinin daha da pisləşə biləcəyinin anonsu kimi dəyərləndirilməlidir.
Tarix: 10-03-2017, 08:26
Xəbəri paylaş





Xəbər lenti