“Bizi son 70 ilin ən böyük bohranı gözləyir” - BMT-dən XƏBƏRDARLIQ
BMT dünyada ciddi böhranın olduğunu gözləyir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Təşkilatın humanitar məsələlər şöbəsinin rəhbəri Stiven O`Brayan deyib. Onun sözlərinə görə, dünyada 20 milyondan artıq insan aclıqdan əziyyət çəkir.
Onun sözlərinə görə, söhbət Cənubi Sudan, Yəmən, Somali və Nigeriyadan gedir. O`Brayenin fikrincə, qlobal səylər olmadan bu məsələdə ciddi irəliləyişə nail olmaq mümkün deyil. O`Brayen iyul ayına qədər təcili olaraq 4,4 milyard dollar vəsaitin toplanmasını vacib sayıb.
"Kollektiv səylərin olmaması ciddi problemlərə yol açacaq və dünyada miqrasiya problemlərini kəskinləşdirəcək”.
Siam.az
Tarix: 12-03-2017, 13:58