Gecənin bəd xəbəri Amerikadan gəldi - Faiz dərəcəsi artdı, manat çökə bilər
Qlobal bazarların səbirsizliklə gözlədiyi qərar açıqlandı.“Marja” xəbər verir ki, ABŞ Mərkəzi Bankı Fed-in dünən başlamış iclası başa çatıb. İclasda faiz dərəcəsi 0,25 faiz bəndi artırılaraq 0,50%-0,75% aralığından 0,75%- 1%-ə qaldırılıb.
Fed bu il əlavə 2 dəfə də faiz artırımı gözləyir (Bu günkü daxil cəmi 3).
Qərarın ardınca Dollar Avro qarşısında 0,8%-dən çox ucuzlaşıb və 1.0700 səviyyəsini görüb. Səbəb Fed-in bazarın gözlədiyindən artıq faiz artırımı gözləməməsidir. Bazarlar da bu il Fed-in 3 dəfə faiz artıracağını gözləyirdi. Bu ehtimal əvvəlcədən də Dolların dəyərində əks olunmuşdu.
Bakı vaxtı ilə 22:30-da Fed sədri Janet Yellen kameraların karşısına keçərək açıqlamalar verəcək və jurnalistlərin suallarını cavablandıracaq.

Fed-in pul siyasətini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsi (FOMC), inflyasiyanın orta müddətdə 2 faiz hədəfinin ətrafında sabitləşəcəyini bildirib, uzunmüddətli federal fond nisbətinin 3% səviyyəsində olacağını proqnozlaşdırıb.
Siam.az
Tarix: 15-03-2017, 23:08