Avro və dollara yeni rəqib: Mərkəzi banklar artıq onu seçir
Dünya mərkəzi bankları Avrozonanın vahid valyutasını funt-sterlinqə qurban verir.
Bu barədə məlumat "Central Banking Publications və HSBC”nin hesabatında yer alıb.Məlumata görə, araşdırma çərvivəsində dünyanın 80 mərkəzi bankının ehtiyatları öyrənilib. Məlum olub ki, əskər mərkəzi banklar avro ehtiyatını kəskin azaldıb, bəziləri isə onu ümumiyyətlə ləğv edib. Onların birlikdə investisiyası 6 trillion avro olub. Avrodan fərqli olaraq funt-sterlinq öz mövqeyini daha da möhkəmlədib.
Mərkəzi bankların bu addımının səbəbi Avropada siyasi durumun qeyri-stabilliyi ehtimalı ilə bağlıdır. Həminin iqtisadiyyatın son zamanlar aşağı tempdə inkişafı və pul-kredit siyasəti mərkəzi bankları belə qərar qəbul etməyə vadar edib.
Avropa bazarının əksinə olaraq Britaniya investisiya üçün daha dayanqılı ölkə hesab edilir. Avropa Birliyindən çıxmasına baxmayaraq bu ölkədə uzunmüddətli planda iqtisadi inkişaf gözləniləndir. Rəyi soruşulanların 71 faizinin fikrincə, Brexit funtun cəlbediciliyini azaltmayıb, əskinə avroya nəzərən daha da artırıb. Eyni vəziyyət dollarla da bağlıdır. Amerikada Donald Trampın prezidentliyi bu valyutaya olan etibarı azaldıb.
© xezerxeber.az
Tarix: 4-04-2017, 21:32