ƏT MÜƏMMASI: Rayonda 10, yarmarkada 7 manat: “Ya fermerin başı xarabdır, ya da ki, ət ölü, xəstə heyvanındır"

ƏT MÜƏMMASI: Rayonda 10, yarmarkada 7 manat: “Ya fermerin başı xarabdır, ya da ki, ət ölü, xəstə heyvanındır" Həftəsonu təşkil edilən yarmarkalarda ətin qiyməti 6-7 manat arasında dəyişir. Maraqlıdır, yerində, yəni rayonlarda ətin kiloqramı 9-10 manat olduğu halda Bakıya gətirlən ət niyə belə ucuz satılır? Qiymətin aşağı olması əsaslı olaraq alıcılarda şübhə yaradır.



Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Cebhe.info-ya açıqlamasında məhsulun ucuz olmasının səbəbini izah edib. M.Hacıyev bildirib ki, məhsulun ucuz olması alıcılarda heç bir şübhə yaratmamalıdır: “Məhsulun qiyməti ucuz olanda şübhə yaranır ki? Yumurtanın qiyməti 7 qəpikdir, bu, o demək deyil ki, keyfiyyətsiz məhsuldur. Bunlar hamısı boş-boş fikirlərdir, kimlərsə tərəfindən yayılır. Real səbəb budur ki, istehsal artıb. Bu da öz növbəsində qiymətlərin aşağı düşməsinə səbəb olub. Kəndli özü əti bizə satır, heç bir rüsum olmadan”. ƏT MÜƏMMASI: Rayonda 10, yarmarkada 7 manat: “Ya fermerin başı xarabdır, ya da ki, ət ölü, xəstə heyvanındır"

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yolçu Xanvəlinin sözlərinə görə, bütün ət məhsulları yoxlandıqdan sonra satışına icazə verilir: “Biz sadəcə olaraq heyvanın sağlam olub-olmamasını araşdırırıq, qiymət məsələsi səlahiyyətimizdə deyil. Qiymətin ucuz olması nə ilə əlaqədardır isə, bilmirəm, ola bilər ki, yaşlı, yaxud camış əti olsun”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Cebhe.info-ya açıqlamasında bu ətlərin ölü, xəstə ola biləcəyi ehtimalından danışıb: “Kənd Təsərrüfatı Nazirliyinin yarmarkalara müdaxilə edərək qiymət qoyması absurddur. Gərək fermerin başı xarab olsun ki, rayonda 9 manata sata biləcəyi əti Bakıya gətirərək 6 manata satsın. Yarmarkalarda 6-7 manata ətin satılması o deməkdir ki, ya fermerin başı xarabdır, ya da ki, ət ölü, xəstə heyvanındır. Çünki bazar tələb-təklif əsasında formalaşır. Qiyməti də bazar formalaşdırır. Məmurun barmaq silkələməsi ilə qiymət təyin edilə bilməz”.

Siam.az
Tarix: 5-04-2017, 16:22
Xəbəri paylaş





Xəbər lenti