Manatın gələcək taleyi ilə bağlı MÜDHİŞ PROQNOZLAR — 5 ekspertdən açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 2-nə olan USD/AZN məzənnəsini açıqlayıb. Manatın gələcək taleyi ilə bağlı MÜDHİŞ PROQNOZLAR — 5 ekspertdən açıqlama Qurumdan "Ölkə.Az"a verilən məlumata görə, USD/AZN məzənnəsi 1,7025 manat səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, sonuncu dəfə dolların məzənnəsində rekord fevralın 1-də qeydə alınıb. Bu zaman USD-AZN məzənnəsi 1,9200 manat olmuşdu. Bu gün isə dolların məzənnəsi 1,7025 manat olub.

Son 3 ay ərzində dolların manata nisbətdə gözəçarpan ucuzlaşmasından sonra cəmiyyətdə Azərbaycna valyutasına inam bir qədər artıb.

Artıq insanlar bir müddət əvvəl aldıqları ABŞ pulunu yerli valyutaya çevirməyə başlayıblar. Əgər nəzərə alsaq ki, qarşıdan yay ayları gəlir, eyni zamanda bizi beynəlxalq səviyyəli tədbirlər gözləyir, heç şübhəsiz valyuta bazarında müəyyən canlanma müşahidə olunacaq.

Hazırda hamımızı bu canlanmanın Azərbaycan pulunun xeyirinə olub-olmayacağı maraqlandırır. Məsələyə aydınlıq gətirmək üçün mütəxəssislərə müraciət etdik. Müzakirələr zamanı aydın oldu ki, ekspertlər məsələyə birmənalı yanaşmırlar.

İqtisadçı ekspert Qubad İbadoğlu Ölkə.Az-a açıqlamasında bildirdi ki, yay aylarında bir çox ölkələrdə dolların dəyəri artmalıdır. Onun sözlərinə görə, bu istiqamətdə valyuta bahalığı Azərbaycanda da müşahidə ediləcək.

Manatın gələcək taleyi ilə bağlı MÜDHİŞ PROQNOZLAR — 5 ekspertdən açıqlama
“Dolların bahalaşmasına FED-in uçot dərəcələrinin artırmasının birbaşa təsiri olmasa da, müəyyən mənada psixoloji təsiri var. İstənilən halda yay aylarında ilin sonuna qədər dollara olan təlabatın artımı gözləniləndir. Bu normal bir prosesdir. Bu prosesi yumşaltmaq üçün valyuta bazarında liberallaşma olmalıdır. Bu olmadıqda isə vəziyyətə nəzarət etmək mümkün deyil”, - deyə Qubad İbadoğlu bildirib.

İqtisadçı-ekspert Natiq Cəfərli isə bu gün manatın dövriyyəsinin azaldığını bildirib.

Onun sözlərinə görə, hazırda baş verən hadisələr ölkə iqtisadiyyatı üçün problemlər yarada bilər.

“Parlamentdə millət vəkilləri də öz iradlarını bildiriblər. Mərkəzi Bank manat dövriyyəsini xeyli dərəcədə azaldıb. Bununla da, valyutaya axan manatın qarşısını almağa çalışırlar ki, valyuta məzənnəsini sabit saxlasınlar. Bu da başqa problemlərə gətirib çıxarıb. İqtisadi aktivlik zəifləyib. İdxal 17 faiz aşağı düşüb, ticarət dövriyyəsi zəifləyib. Bu gün valyuta bazarındakı vəziyyət süni şəkildə dollara olan təlabatı azaltmaq hesabına başa gəlir. Bu da ölkəyə yaxşı heç nə vəd etmir”, - deyə ekspert bildirib.
Manatın gələcək taleyi ilə bağlı MÜDHİŞ PROQNOZLAR — 5 ekspertdən açıqlama

N.Cəfərli deyir ki, bundan sonrakı vəziyyət Mərkəzi Bankın yürüdəcəyi siyasətdən asılıdır:

“Yay aylarında Azərbaycandan xaricə gedən vətəndaşların da sayı xeyli artır. Hər il təqribən 700 minə yaxın Azərbaycan vətəndaşı xaricə səfər edir. Bu baxımdan dollara olan təlabatın artması ehtimalı var. Lakin qarşıdan İslam Oyunları və “Formula-1” yarışları gəlir. Buna görə də, ölkəmizə kifayət qədər turistin gəlməsi gözlənilir. Gələn turistlər də özləri ilə valyuta gətirəcək. Bu zaman dollara yaranan təlabatın bir hissəsi ödəniləcək. Bu səbəbdən də, indi çox şey Mərkəzi Bankın aparacağı siyasətdən asılı olacaq. Mərkəzi Bank sərt pul siyasətilə, manatın kütləsini azaltmaq hesabına məzənnəni indiki səviyyədə saxlamaq istəyəcəksə, bu zaman bir müddət məzənnənin dəyişməsinə imkan verməyəcək. Yox əgər iqtisadi aktivliyi düşünüb, daha çox manat dövriyyəsini artıraraq, canlanma yaratmaq istəyəcəklərsə, bu məzənnəyə də təsir göstərəcək”.

N.Cəfərli düşünür ki, ilin sonuna yaxın dollara olan təlabatın artması və iqtisadi aktivliyin canlanması ilə paralel olaraq, valyutanın məznənəsinin artmasını gözləmək olar:

“Yayda qiymətlər cüzi artım-azalama ilə indiki səviyyələrdə qalsa da, lakin ilin sonlarında dolların daha ciddi şəkildə bahalaşması gözlənilir. İlin sonlarında FED daha iki dəfə faiz artıracaq və neftin qiymətində də yay aylarından sonra ucuzlaşma gözlənilir. Neftin qiyməti aşağı düşəcəksə, FED faiz artıracaqsa, daxildə gedən prosesləri də nəzərə alsaq, ilin sonuna yaxın manatın dəyərdən düşməsi daha sürətlənə bilər”.

İqtisadçı ekspert Samir Əliyev də dolların yay aylarından sonra bahalaşacağını deyir:
Manatın gələcək taleyi ilə bağlı MÜDHİŞ PROQNOZLAR — 5 ekspertdən açıqlama

“Görünən odur ki, Mərkəzi Bank dolların 1,70-dən aşağı düşməsində maraqlı deyil. Çalışırlar ki, aşağı hədd bu səviyyədə qalsın. Ola bilsin İslam Oyunları çərçivəsində dollar bir qədər ucuzlaşsın. Bu da cüzi bir məbləğ olacaq. Sonrakı mərhələdə isə dollar bahalaşacaq. Lakin yaxın vaxtlarda, fövqəladə hadisə baş verməsə məzənnədə böyük dəyişiklik baş verməyəcək. Payız aylarında, qışa doğru dolların bahalaşması real prosesdir”.

Parlament nümayəndələri isə məsələdə daha bədbin proqnozlar verirlər: Millət vəkilləri düşünürlər ki, dollar ilin sonunda bahalaşa bilər. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyir ki, payız aylarında manat ucuzlaşacaq:

Manatın gələcək taleyi ilə bağlı MÜDHİŞ PROQNOZLAR — 5 ekspertdən açıqlama
“İndiki dövrdə manatı süni şəkildə bahalaşdırıb, dolları ucuzlaşdırmaq sərf deyil. Çünki Azərbaycanda İslam Oyunları və Formula-1 yarışları başlanılır. Düşünürəm ki, yay aylarının sonlarında, avqustun axırlarında dolların bahalaşması baş verəcək. Bu gün valyuta bazarında müəyyən qədər manat qıtlığı yaranıb. Hansısa sektorun inkişafı üçün vəsait buraxılmır. Idxal-ixrac əməliyyatlarıda müsbət saldo əmələ gəlib. İxrac idxalı üstələyir. Lakin bunlara baxmayaraq, sentyabr aylarında manat müəyyən qədər ucuzlaşacaq”, - deyə V.Əhmədov bildirib.

Milli Məclisin deputatı Əli Məsimli isə vəziyyəti şərh etməkdə bir qədər çətinlik çəkdiyini bildirib:

Manatın gələcək taleyi ilə bağlı MÜDHİŞ PROQNOZLAR — 5 ekspertdən açıqlama
“Əgər valyuta deyildiyi kimi tam üzən məzənnəyə keçsəydi, o zaman proqnozlaşdırmaq olardı. Əgər manatın məzənnəsinə təsir edən bütün fundamental amillər manatın xeyrinə tam işləmirsə, amma dollara nisbətən bahalaşırsa, o zaman, valyuta bazarında baş verənlər barədə proqnoz vermək olmaz. Buna tapmaca demək olar. Mənim isə tapmaca demək fikrim yoxdur. Ona görə ki, indiki şəraitdə manatın dollara nisbətdə bahalaşmasına Azərbaycan iqtisadiyyatında elə bir əsas yoxdur. Bu müxtəlif səbəblərdən edilir. Əgər doğurdan da qeyri-neft sektorunun inkişafına yönəldilmiş tədbirlərlə tamamlansa, yenə də hardasa güman yeri var. Lakin vəziyyət bu üsulla davam etsə, bir müddətdən sonra hadisələr aparıb 21 fevral 2015-ci ildəki vəziyyətə çıxaracaq”.

Ziya Səccad
Tarix: 2-05-2017, 00:07
Xəbəri paylaş





Xəbər lenti