"Banka borcu olanları mudafiə edə bilməyəcəm" - Bankda vəzifə verilən vəkil

"Banka borcu olanları mudafiə edə bilməyəcəm" - Bankda vəzifə verilən vəkil İqtisadçı ekspert, daha çox bankların qanunsuz əməllərini ifşa etməklə tatınan vəkil Əkrəm Həsənova “Bank Standard” da vəzifə verilib. O, qurumun Kreditorlar Komitəsinin sədri seçilib.

Maraqlıdır, Əkrəm Həsənovun fəaliyyəti bundan sonra hansı istiqamətdə davam edəcək, vəkil banklar tərəfindən hüquqları pozulan vətəndaşlara əvvəlki kimi yardım göstərə biləcəkmi?

Əkrəm Həsənov məsələ ilə bağlı Moderator.az-a açıqlama verib:

“Fəaliyyətim əvvəlki kimi davam edəcək, sadəcə ictimai yüküm artdı. Yeganə fərq o olacaq ki, Standard Banka borcu olanları mudafiə edə bilməyəcəm, çunki maraqlar konflikti ola bilər. Hər bir halda bu bankın borcluları bizə çox az müraciət edirdi. Ümumən nəzərə alsaq ki, Azərbaycan tarixində ilk dəfə muflis şirkətin, özü də bankın kreditorlar komitəsi yaranıb və mən ilk sədr olmuşam, bunun böyük məsuliyyətini dərk edirəm. Nümunə göstərməliyik, digər bankların da komitələri bizə baxır indi ki, eyni cür hərəkət etsin. Məqsədim sırf kreditorlara deyil, cəmiyyətə faydalı olmaqdır. Mənim həmin bankda pulum, şəxsi marağım yoxdur. Qanunlar işləsə, iqtisadiyyatımızı, bank sistemimizi dirçəldə biləcəyik. Bunun üçün isə kreditorlar komitəsi kimi qurumlara zərurət böyükdür. Qanunlar yalnız maraqlı qrupların təsiri altında işləyir bütün dunyada. Əlbəttə, problem çoxdur. İlk növbədə qanunvericiliyin özu qeyri-təkmildir və komitənin tam səmərəli olmasına şərait yaratmır. Digər tərəfdən dövlət qurumları, xüsusən Palatanın, habelə Fondun bizimlə nə dərəcədə əməkdaşlıq etməyindən də çox şey asılı olacaq. Amma hər bir halda kreditorlar özü də fəal olmalıdır. Bu bankın 150000 kreditoru var. Birgə çox şey edə bilərik. İstənilən halda mən əlimden gələni edəcəyəm ki, kreditorlar qismən də olsa pullarını qaytara bilsinlər. Lazım gələrsə qanunlara deyişiklik layihəsi də hazırlayacağam.”
Tarix: 5-05-2017, 22:09
Xəbəri paylaş





Xəbər lenti