SOCAR işçilərindən prezidentə şikayət -Maaşımızı kəsirlər

SOCAR işçilərindən prezidentə şikayət -Maaşımızı kəsirlər Azneft İB-nin Neft Daşları NQÇİ-nin bir qrup işçisi tərəfindən Prezident İlham Əliyevə şikayət məktubu göndərilib.

AzFakt.com xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı özünün facebook səhifəsinə məlumat verib.


Möhtərəm Prezident "Neft Daşlarında" neftçilər növbəti haqsızlığın qurbanına çevrilib. Bele ki, heç bir hüququ əsası olmadan ( təhsilə staja məhəl qoymadan) öz qohumlarını (rəis, rəis müavinləri və.s) çixmaq şərti ilə bütün neftçilərin əmək haqları 30-40 faiz asağı salınır və heç bir izahat verilmir, hədə qorxu tətbiq olunur.
Ümüdümüz sizədir bu haqsızlığa son qoyulması üçün sizdən kömək diləyirik .
Hörmətlə " Neft Daşları" NQÇİ kollektivi.
Tarix: 17-05-2017, 10:22
Xəbəri paylaş





Xəbər lenti