İNHİSARÇILIQDA BANAN İNDİKATORU! – Qubad İbadoğlu yazır

ABŞ-da bananın 1 kiloqramı 2 manat 21 qəpiyə, Almaniyada 2 manat 47 qəpiyədir İNHİSARÇILIQDA BANAN İNDİKATORU! – Qubad İbadoğlu yazır Azərbaycanda bananın qiyməti idxalda inhisarçılığı, milli iqtisadiyyatda isə islahatların vəziyyətini xarakterizə edən ən yaxşı indikator sayıla bilər. Əgər xatırlayırsınızsa təxminən 1 il əvvəl gömrükdə islahatara start veriləndən, brokerlər yığışdırılandan, bir sözlə bu malın idxalı üzərində inhisarçılıq aradan qaldırılandan sonra bananın pərakəndə satış qiyməti 1 manat 25 qəpiyə qədər uzuzlaşmışdı. Çox keçmədən yenə də bazarda hökmran mövqeyə malik olan şirkət bananın qiymətini hətta 3 manat 50 qəpiyə qədər bahalaşdırdı.

Hazırda Azərbaycanda dolların devalvasiyasından sonra pərakəndə satış şəbəkələri bananı 3 manata, təxminən 1 dollar 75 sentə təklif edir. Müqayisə üçün qeyd edək ki, əmək haqqı və xidmət haqlarının baha olduğu ABŞ-da bananın 453 qramı 59 sentə, yəni 1 kiloqramı 2 manat 21 qəpiyə, Almaniyada 2 manat 47 qəpiyədir. Azərbaycan bazarlarında ən aşağı sort bananın hətta ABŞ və Almaniyadan da baha satılması monopoliyanın əvvəlki vəziyyətə qayıtmasının, milli iqtisadiyyatın geriyə getməsinin və islahatların imitasiyasının ən bariz nümunəsi sayıla bilər.



Qubad İbadoğlu, iqtisadçı alim
Tarix: 29-05-2017, 20:29
Xəbəri paylaş





Xəbər lenti