Azərbaycanda kərə yağı bahalaşdı –1 kq-ı 15.2 manat oldu
Azərbaycanda kərə yağının qiyməti bahalaşıb.
Siam.az Oxu.az-a istinadən xəbər verir ki, ticarət şəbəkələrində kiloqramı 14,8 manata satılan "Ankor” yağının qiyməti 15,2 manata yüksəlib.Qeyd edək ki, Azərbaycan yağa olan tələbatını idxal hesabına ödəyir. Cari ilin 6 ayında ölkəyə 32 688.14 min dollar dəyərində – 7 767.35 ton kərə yağı idxal edilib.
Tarix: 10-08-2017, 15:30