Kənd təsərrüfatı naziri tarixə düşəcək
Məhz onun nazirliyi dövründə idxaldan asılılıq pik həddə çatıbKənd təsərrüfatı naziri Heydər Əsədov hesab edir ki, onu haqsız tənqid edirlər və tənqiddən sonra onun əl-qolu yanına düşür.
Qeyd etməliyəm ki, Heydər Əsədov kənd təsərrüfatı naziri təyin edildikdən sonra ərzaq məhsulları idxalı artıb, ixrac isə azalıb. Son üç ildə yeyinti məhsulları idxalı 122 milyon dollar dəyərində, yəni 24 faiz artaraq, 2017-ci ilin altı ayı ərzində 624 milyon dollar təşkil edib. Eyni müddət ərzində ərzaq malları ixracında azalma isə 81 milyon dollar təşkil edib. Bu ilin yeddi ayı ərzində isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət idxalı 2,2 dəfə, süd idxalı 57 faiz, kərə yağı idxalı 28 faiz artıb. Ölkənin ərzaq buğdasına, çaya, şəkərə, bitki yağlarına olan təlabatı tam idxal məhsulları hesabına ödənilir. Adam aqrar sahəni məhv edib, Azərbaycan əhalisinin ərzaq təminatını təhlükəli həddə salıb, tənqid olunmaq da istəmir.
Vahid Məhərrəmli
Tarix: 15-08-2017, 14:34