“Alkoqolsuz pivə” terminindən imtina edilir
Rusiyanın istehlakçı hüquqlarının müdafiəsi sahəsinə nəzarət və insan rifahı üzrə federal agentlik (“Rospotrebnadzor”) “alkoqolsuz pivə” terminindən imtina etməyi təklif edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda qurumun başçısı Anna Popov bildirib.Onun sözlərinə görə, pivənin gizli reklamı problemi yalnız informasiyanın səhv verilməsində deyil, həm də “pivə” termininin özünün tətbiqi ilə bağlıdır.
“Bu gün bizim əsas vəzifəmiz prinsip etibarilə vəziyyəti dəyişmək və texniki reqlamentin təyin edilməsini nizama salmaqdır. Əgər bu alkoqolsuz içkidirsə, onda niyə pivə adlanır? Pivə qıcqırmanın nəticəsidir, alkoqolsuz qıcqırma mümkün deyil”, - o, Şərq İqtisadi Forumunun (VEF) kuluarlarında deyib.
“Rospotrebnadzor”un başçısı vurğulayıb ki, terminologiya pivənin gizli reklamının əsas problemidir.
Tarix: 7-09-2017, 09:38