Kollec direktorunun adında külli miqdarda vergi borcu var
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecin vergi borcu yaranıb.
Siam.az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, dövlət kollecinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 12.807,41 manat vergi borcu var.
Borc kollecin direktoru Bəxtiyarov Bəxtiyar İbrahim oğlunun adına qeyd edilib.
Tarix: 4-03-2024, 23:47