"Akkord" müflis olub? - Vergi borcu 15 milyonu ötdü
Azərbaycanın ən iri inşaat şirkətlərindən olan "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti (ASC) yığılmış vergi borcu gündən-günə artır.İqtisadiyyat.az xəbər verir ki, şirkətin bu günədək yığılmış vergi borcu
15 227 445 manat təşkil edir.
"Akkord"un indiyə qədər vergi borcunu ödəməməsinin səbəbi məlum deyil.
Amma Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.
Xatırladaq ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC 2006-cı ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı
83 259 750 manatdır. Şirkətin qanuni təmsilçisi isə Ayhan Keskinkılıcdır.
Tarix: 5-04-2024, 17:55