Orucovların 4 şirkəti bağlandı
Azərbaycanda eyni şəxsə məxsus 4 şirkət ləğv olunur.İqtisadiyyat.az xəbər verir ki, bunlar "Kənan İnşaat", "Azimut Group", "Azeko Group" və "Az İnşaat Texnika" məhdud məsuliyyətli cəmiyyətləridir.
Şirkətlərin hər biri 2017-ci ildə dövlət qeydiyyatına alınıb.
Hüquqi ünvanları Nərimanov rayonu, Köndələn 6-cı küçəsi, ev 9B olan şirkətlərin qanuni təmsilçiləri Kənan və Püstə Orucovlardır.
Tarix: 22-04-2024, 10:28