AAYDA-ya tabeli şirkətə 100 minə yaxın vergi borcu yazılıb - İş məhkəmədədir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində fəaliyyət göstərən "10 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin külli miqdarda vergi borcu yaranıb. Qaynarinfo-nun araşdırması nəticəsində məlum olub ki, hazırda MMC-nin vergi borcu 99 712,85 manatdır.
Lakin MMC bu məbləğlı razılaşmır. Bu baxımdan, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsini məhkəməyə verib.
"10 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC 1998-ci ildən fəaliyyət göstərir. MMC-nin nizamnamə kapitalı 1 505 600 manatdır. Şirkətin direktoru isə Araz Bəndəliyevdir.
O, bundan əvvəl "14 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru olub.
Araz Bəndəliyev cari ilin fevral ayında "Tərəqqi” medalı ilə təltif edilib.
İddiaya Bakı İnzibati Məhkəməsində baxılacaq. Tural Məlikov iş üzrə hakim təyin edilib.
Tarix: 6-06-2024, 15:05