Abdolbari Gozalın rəhbərlik etdiyi holdinqə daxil olan şirkət qanunsuzluğa yol verdi, yüksək məbləğdə cərimələndi
"Azərsun Kənd Təsərrüfatı Məhsulları" MMC-yə inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirlinin icraatındadır.
Qeyd: Şirkət tanınmış iş adamı Abdolbari Gozalın rəhbərlik etdiyi "Azərsun Holdinq"ə daxildir.
Tarix: 18-07-2024, 22:06