İnflyasiyanın yüksəlməsi üçün hər şey edib, sonra öz etdiklərinin nəticəsi ilə mübarizə aparan quruma Nazirlər Kabineti deyilir...
Rəsmi məlumat: Nazirlər Kabinetində “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun iclası olub. Qərara alınıb ki, Azərbaycanda inflyasiyanın məqbul, aşağı səviyyədə saxlanılması üçün tədbirlər görülsün.İqtisadiyyatda baş verən hər şey artıq artıq traqikomediyadır – elə həmin Nazirlər Kabineti nəznində olan Tarif Şurası cəmi bir neçə həftə öncə Aİ92 markalı benzinin qiymətini 10%, dizel yanacağının qiymətini isə 25% artırdılar. Yəni, NK-i bilmirmi ki, məsələn, aqrar sektorda dizel yanacağı istehsal olunan məhsulun maya dəyərində 35-40%-lik paya malikdir?! Anlamırlarmı ki, əgər dizel 25% bahalaşıbsa, deməli kənd təsərrüfatı məhsullarının qiyməti artacaq?! Başa düşmürlərmi ki, dizel yanacağı logistikada, yükdaşımalarda istifadə edildiyinə görə, ərzaq və qeyri-ərzaq mallarının daşıma xərcləri yüksələcək, onlar da bahalaşacaq?!
İnflyasiyanın yüksəlməsi üçün hər şey edib, sonra öz etdiklərinin nəticəsi ilə mübarizə aparan quruma Nazirlər Kabineti deyilir...
Natiq Cəfərli
TEREF
Tarix: 2-08-2024, 18:14