Məhkəmə “OBA Market”i cərimələdi - QƏRAR

Xəzər Rayon Məhkəməsində "OBA Market" MMC-nin barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən tətbiq edilmiş cərimə protokolu üzrə qərardan verilən müraciətə baxılıb. 
 
Pravda.az-ın xəbərinə görə, hakim İlham Cəfərzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, MMC-yə inzibati tənbeh tətbiq edilib. 
 
Qeyd: Protokol ETSN tərəfindən İnzibati Xətalar Məcəlləsinin 266.2-ci (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. 

 
Xatırlatma: 
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC 2016-cı ildə Azərbaycanda pərakəndə satış bazarına daxil olub. MMC-nin qanuni təmsilçisi, İdarə Heyətinin sədri İbrahimova Natəvan Yusif qızıdır.
Tarix: 29-10-2024, 10:12
Xəbəri paylaş





Xəbər lenti