Trampın komandası artıq Ər-Riyadda Rusiya tərəfi ilə görüşüb – CNN


Rusiya nümayəndə heyətinin üzvü Kirill Dmitriyev artıq Səudiyyə Ərəbistanında ABŞ prezidenti Donald Trampın komandasının nümayəndələri ilə görüşdüyünü bildirib. 

SAVASHMEDİA.az xəbər verir ki, bunu Kiril Dmitriyev CNN telekanalına müsahibəsində deyib. Qeyd edək ki, ABŞ və Rusiya nümayəndə heyətlərinin görüşü bu günə təyin olunub.  “Bircə onu deyə bilərəm ki, onlar (Trampın nümayəndələri – red.) problemləri həll etməyi bacarırlar. Və mən hesab edirəm ki, prezident Tramp problemləri gözəl həll edir”, - deyə Dmitriyev vurğulayıb. Onun sözlərinə görə, amerikalı danışıqçılar hələ rusiyalı həmkarlarına birbaşa vədlər verməyiblər: “Düşünürəm ki, vəd budur: gəlin dialoq aparaq, ölkələrimiz, digər ölkələr, dünya birliyi üçün ən yaxşı həll yolunu tapaq”.  O, həmçinin Rusiya tərəfinin ilk növbədə ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları yumşaltmağa çalışdığını inkar edib. Rusiya nümayəndəsi iddia edib ki, iki ölkə iqtisadiyyatları birgə fəaliyyətdən faydalana bilər. “Düşünürəm ki, körpülər qurmaq çox vacibdir. Düşünürəm ki, ABŞ və Rusiya arasındakı münasibətlər dünya üçün çox vacibdir”, - deyə Dmitriyev bildirib. CNN mənbələrə istinadən bildirib ki, Kreml Dmitriyevə diqqətini ABŞ və Rusiya arasında iqtisadi əlaqələrin bərpasına yönəltməyi təklif edib, halbuki hər iki tərəf Rusiya və Ukrayna arasında sülh sazişi bağlamağa çalışır. Bundan öncə Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ər-Riyadda aparılan danışıqların nəticələrini ölkəsi qəbul etməyəcək, çünki Kiyev bu görüşdə iştirak etmir və ümumiyyətlə Ukrayna tərəfinə bu barədə xəbər verilməyib.
Tarix: 18-02-2025, 11:43
Xəbəri paylaş





Xəbər lenti