
#Ukrayna
Prezidenti Volodimir Zelenski cəsur, mərd, vətənpərvər bir insandır. Onun Ukrayna torpaqlarının bir qarışını da Rusiyaya güzəştə getmək istəmədiyinə zərrə qədər şübhəm yoxdur. İnanıram ki, əlində olsa o, #Rusiya
ilə hələ 10-15 il müharibə edər. Amma Zelenski siyasətçi deyil. Yaxşı prezident də deyil. Ümumiyyətlə, yaxşı rəhbər nəyi nə zaman etməli olduğunu biləndir. Müharibəni bitirmək və ya müharibəyə başlamaq məharət, ağıl və iradə tələb edir. Bu məzihətlər bir rəhbərdə, dövlət başçısında yoxdursa, gec-tez Zelenskinin vəziyyətinə düşməyə məhkumdur.
Bu gün geosiyasi vəziyyət və reallıqlar Kiyevin əleyhinədir. Buna görə mövcud şərtlərə uyğun addım atmaq lazımdır. Bəli bu, hətta müəyyən ərazilərin itkisi hesabına olsa belə.
#Azərbaycan
da vaxtilə Ukraynanın bu gün içərisində olduğu durumla üzləşmişdi. Torpaqlarımızn 20 faizi
#Ermənistan
tərəfindən işğal edilmişdi. Özü də bu gün Ukraynaya yardım edən ölkələrin bir çoxu Ermənistana yardım edirdi. Yəni təklənmişdik.
Xoşbəxtlikdən 1994-cü ildə mərhum prezident Heydər Əliyev ağıllı davranaraq iradə nümayiş etdirdi və o dövrün şərtləri ilə atəşkəs razılaşmasının əldə edilməsinə nail oldu. Bu addımı o dövr üçün məğlubiyyət sayanlar vardı. Lakin Azərbaycan 44 günlük müharibə və lokal xarkaterli antiterror tədbirləri ilə torpaqlarını işğaldan azad etdi.
Zelenski də bu gün eynən bunu etməlidir. Ukrayna bu gün müəyyən ərazilərini itirə bilər. Amma Rusiyanın ilk büdrədiyi an hərəkətə keçə bilər. Unutmamaq lazımdır ki, Rusiyanın başında heç də həmişə Stalin, Putin kimi şəxslər olmur. Həm də Mixail Qorbaçov, Boris Yeltsenlər də ola bilir.
Ola bilsin, Volodimir Zelenski Ukraynanın torpaqlarını işğaldan azad etməsini görməyəcək. Amma mütləq bir gün Ukrayna xalqının yetişdirəcəyi bir başqa şəxs buna nail olacaq.
Bu gün Zelenskidə olmayan məzihətlərə sahib bir lider çıxıb torpaqları işğaldan azad edəcək. Ədalət topaldır, yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır.
Əmin olduğum bir digər məsələ də budur ki,
#ABŞ-ın

Rusiya ilə işi hələ bitməyib. Bunu görmək üçün H. Kissincer olmağa ehtiyac yoxdur. Vaşinqton üçün hazırda prioritetlər dəyişib. Amma gec-tez ABŞ diqqətini yenidən Rusiyaya yönəldəcək. Bu dəfə Ukrayna qurban yox, qalib olacaq!
Müəllif: Politoloq Turan Rzayev,
Azsiam.info
Tarix: Bu gün, 18:57