Avropa Məhkəməsi Azərbaycanı yenə cərimələdi - QƏRAR...

Avropa Məhkəməsi Azərbaycanı yenə cərimələdi - QƏRAR... Bu gün Avropa Məhkəməsi müdafiə etdiyim 10 nəfərin 15 işi üzrə qərarlarını elan edib. Ərizəçilərin qanunsuz həbsə məruz qalmaları, onların sərbəst toplaşma ədalətli araşdırma hüquqlarının pozuntusu tanınıb. Hamını maraqlandıran kompensayiya məbləqləri:
1.Məcid Məcidli 9000 avro
2.Bayram Bayramov və Məhəmməd Məcidli, hər biri 10000 avro
3.Həsənov Babək,İkram İsrafil, Tural Abbasli,Ağayev Hikmət, Quliyev Rövşən hər biri 12 000 avro
4. Bayramova Gözəl 12 000 +1900avro (məhkəmə qərarı ilə ödədiyi 2000 manat cərimənin əvəzi)
5. Hacıyev Cəmil 12000+ 470 (cərimənin əvəzi)
6. Bütün 15 işə görə 9700 avro hüquqi xidmətə görə
Bu gün həm də Vidadi İskəndərlinin oxşar işi üzrə qərar elan olunub. Bu işdə vəkil digər şəxs olub. Kompensasiya 12000 + 1800
hüquqi xidmətə görə.
Göründüyü Avropa Məhkəməsi tək-tək olan işlərdə hüquqi yardıma görə daha yüksək məbləq təyin edir.
Ərizəçilərin hamısını təbrik edirəm.

Əsabəli Mustafayev, tanınmış hüquqşünas
Tarix: 16-02-2017, 17:05
Xəbəri paylaş





Xəbər lenti