Azərbaycan XİN Gürcüstandakı qondarma “parlament seçkiləri”ni tanımadığını bildirdi

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”nə dair bəyanat yayıb.
Siam-az.com APA-ya istinadən xəbər verir ki, bəyanatda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 9 iyun 2024-cü il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini tanımadığı vurğulanıb.
Tarix: 9-06-2024, 16:04