Vizaların verilməsində gecikmələrlə bağlı italiyalı səfirdən AÇIQLAMA

İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko vizaların verilməsində gecikmələrlə bağlı açıqlama yayıb.
"DogruXeber.az" xəbər verir ki, onun sözlərinə görə, bu məsələdən xəbərdardır:
"Biz bu məsələdən xəbərdarıq və həm Romada, həm də burada eyni dərəcədə işləyirik. Biz daha yaxşı həll yolu axtarmaq üçün məsələnin mahiyyətini araşdırırıq”.
O qeyd edib ki, Azərbaycandan İtaliyaya viza üçün müraciətlərin artmasından “sevinməmək olmaz”, çünki bu, ölkəyə marağın artmasına sübutdur:
“Lakin biz həm də vizanı gözləməyə çox vaxt sərf olunmasından narazıyıq. Lakin bu, milli səviyyədə yox, Avropa İttifaqının standartlarıdır və biz heç nə edə bilmərik”, - deyə səfir bildirib.
Tarix: 20-06-2024, 09:51