İcra başçısı olmayan rayonda təmir işlərini "tender kralı" aparacaq
Bakının Nəsimi rayonunda yollarda aparılacaq təmir işlərinə görə 495 768 manat xərclənəcək. Pravda.az-ın xəbərinə görə, rayon icra hakimiyyəti bununla bağlı "Koneks Construction" MMC ilə müqavilə bağlayıb.
Təmir işləri Səməd Vurğun küçəsini əhatə edəcək.
Qeyd: Şirkət bundan əvvəl bir sıra tenderlərin, o cümlədən Yasamal Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin qalibi olub.
Xatırlatma: Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov hazırda deputatdır. Həmin vəzifəyə təyinat olmayıb.
Tarix: 14-12-2024, 09:55