Dövlətə yarım milyondan artıq borcu olan hospital Dövlət Vergi Xidmətini məhkəməyə verdi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, İdarə ilə bağlı Şəki Kommersiya Məhkəməsinə müraciəti 555 531 AZN vergi borcu olan "Regional Hospital" MMC edib.
Mahiyyəti vergi məsələləri üzrə mübahisə olan iş hakim Günel Şirinova-Əsədovanın sədrliyi ilə araşdırılacaq.
Qeyd: Şirkətin qanuni təmsilçisi Eldəniz Mübariz oğlu Daşdəmirovdur.
Tarix: 17-12-2024, 11:27