Musa Abbasovun rəhbərlik etdiyi xəstəxana kompüter alınmaq üçün 100 min xərcləyəcək - Qalib "Tender kralı"dır


"Mərkəzi Neftçilər Xəstəxanası" publik hüquqi şəxsi kompüterlər və avadanlıqlar alır.
 

Pravda.az-ın xəbərinə görə, xəstəxana bunun üçün 99 692 AZN xərcləyəcək.
 
Qurum "Caspian Supplies Aze" MMC ilə müqavilə bağlamağı planlaşdırır. 
 
Alınacaq məhsullara 60 ədəd kompüter dəsti, 3 ədəd noutbuk, 25 ədəd printer, 60 ədəd kompüter üçün UPS daxildir.
 
Qeyd: Nizamnamə kapitalı 10 AZN olan MMC-nin qanuni təmsilçisi Tariyel Tofiq oğlu Vahabovdur. Şirkət bir çox dövlət qurumlarının elan etdiyi tenderlərin qalibi olub.
Tarix: 29-12-2024, 15:56
Xəbəri paylaş





Xəbər lenti